Futbol üzrə Azərbaycanın 1-ci və 2-ci liqalarında püşkatma mərasimi keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Avqustun 22-də, saat 15:00-da başlayacaq tədbir AFFA-nın inzibati binasında baş tutacaq.