Türkiyənin Kahramanmaraş vilayətinin Dulkadiroğlu rayonunda 4 bal gücündə zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat verib.

Yerli vaxtla saat 09.55-də baş verən zəlzələ 5,13 kilometr dərinlikdə qeydə alınıb.