“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyi milyonlarla istifadəçisi olan məşhur səyahət saytı “TripAdvisor” istifadəçiləri tərəfindən maraqla qarşılanır.

İqtisadiyyat.az-ın məlumatına görə, ASCO-dan AZƏRTAC-a bildirilib ki, istifadəçilərin rəyinə əsasən, Azərbaycanın ən yaxşı 20 muzeyinin siyahısı hazırlanıb və “Suraxanı” gəmi-muzeyi siyahıda 3-cü yerdə qərarlaşıb.

“TripAdvisor” platformasında dünyanın hər bölgəsində yerləşən istirahət və turizm mərkəzləri dəyərləndirilir. Turistlər bu saytı özlərinə “səyahət məsləhətçisi” bilirlər.

Qeyd edək ki, “Suraxanı” gəmi-muzeyinin ekspozisiyasında nümayiş olunan istər audio-video, istərsə çap materialları Azərbaycan, ingilis və rus dillərində sərgilənir. Burada təşkil edilən ekskursiyalar da 3 dildə aparılır.