Kino dünyasının ən nüfuzlu mükafatı kimi tanınan “Oskar” bu il 96-cı dəfə təşkil olunub.

İqtisadiyyat.az xəbər verir ki, 13 kateqoriya üzrə “Oskar”a namizəd olan “Oppenhaymer” 7 mükafat qazanıb.

İlin ən iddialı və ən çox baxılan filmlərindən biri olan “Barbie” gecədən 1 mükafatla ayrılıb.

96-cı “Oskar” mərasimində o məşhur heykəli qazananlar:

Ən yaxşı film - “Oppenhaymer”

Ən yaxşı aktrisa - Emma Stoun ("Bəxtsiz")

Ən yaxşı aktyor - Killian Merfi (“Oppenhaymer”)

Ən yaxşı rejissor - Kristofer Nolan (“Oppenhaymer” )

Ən yaxşı mahnı - Mən nə üçün yaradılmışam? ("Barbi")

Ən yaxşı musiqi - "Oppenhaymer"

Ən yaxşı yardımcı kişi aktyor - Robert Dauni ("Oppenhaymer")

Ən yaxşı yardımcı qadın aktyor - Davayn Joy Randolf ("The Leftovers")

Ən yaxşı orijinal ssenari - "Düşmə Anatomiyası" (Anatomy of a Fall)

Ən yaxşı uyğunlaşdırılmış ssenari - "Amerika fantastikası"

Ən yaxşı qısametrajlı animasiya filmi - "Müharibə bitdi! Con və Yoko musiqisindən ilhamlanıb"

Ən yaxşı uzun animasiya filmi - "Oğlan və Heron"

Ən yaxşı kostyum dizaynı - Holli Uoddinqton (Kasıb şeylər)

Ən yaxşı xarici film - "Maraq zonası"

Ən yaxşı makiyaj və saç düzümü - “Kasıb şeylər”

Ən yaxşı sənədli film - "Mariupolda 20 gün"

Ən yaxşı orijinal sauntrek - Lüdviq Qoransson ("Oppenhaymer")

Ən yaxşı qısametrajlı sənədli film - "Son təmir dükanı"

Ən yaxşı vizual effektlər - "Godzilla mənfi bir"

Ən yaxşı fantastik film - "Oppenhaymer"

Ən yaxşı quruluşçu rejissor - "Oppenhaymer" (Hoyte Van Hoytema)

Ən yaxşı səs - "Maraq zonası"

"Ən yaxşı qısametrajlı bədii film" - "Henri Şuqarın ecazkar hekayəsi".

 

Gözəl Həşimova