2023-cü ildə Hollivudda ən çox maaş alan aktyor Adam Sandler olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.

Populyar komediyaçının il ərzində qazancı 73 milyon dollar təşkil edib. Sandlerin əsas gəliri "Netflix"lə əməkdaşlıqdan olub.

Reytinqdə ikinci yeri ilin ən çox gəlir gətirən filmi "Barbie"nin ulduzu Marqot Robbi tutub.  Ötən il o, “Barbie”, “Asteroid City” filmlərində və “Saltburn” layihəsində iştirakına görə 59 milyon dollar qazanıb.

Ən çox qazanan aktyorlar üçlüyünü Tom Kruz tutub. Onun il ərzində gəliri 45 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova