Bu il Mərakeş Krallığında "Şuşa günləri" tədbiri keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, tədbirin İCESCO-nun baş qərargahında keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ötən il sentyabrın 25-də İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib.

Bununla əlaqədar Prezident İlham Əliyevin ötən ilin noyabrında imzaladığı sərəncamla hökumətə tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb. 

Hazırlanan tədbirlər planına əsasən Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə cari il ərzində İslam ölkələrində “Şuşa günləri” keçirilməli və tədbirdə folklor incəsənət qrupları, Qarabağ xalçaları, foto və rəsm əsərləri və videoçarxlar nümayiş olunmalı, eləcə də kitab təqdimatları keçirilməlidir.