Ötən il qlobal incəsənət satışları 4% azalaraq təxminən 65 milyard dollara enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Art Basel"in hesabatında deyilir.

Bu göstərici 2022-ci ildə 67,8 milyard dollar təşkil edib. Buna baxmayaraq, ötən ilki satışlar pandemiyadan əvvəlki səviyyədən - 64,4 milyard dollardan yaxşıdır.

Bildirilib ki, dünyada gözlənilməz iqtisadi vəziyyət və yüksək geosiyasi risklər ona gətirib çıxarıb ki, ən bahalı sənət əsərləri daha az satılıb və ya alınmayıb. Lakin qiyməti 50 min dollardan çox olmayan əşyalara böyük tələb olub.

ABŞ isə ən böyük sənət bazarı olaraq qalır.

 

Gözəl Həşimova