Xalq yazıçısı Mövlud Süleyman oğlu Balakişiyevin (Mövlud Süleymanlı) son durumu açıqlanıb.

Bu barədə İqtisadiyyat.az-a Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, Xalq yazıçısı Mövlud Süleymanlının ümumi vəziyyəti ağırdır: “O, süni tənəffüs aparatına qoşulub, huşsuz vəziyyətdədir. Hemodinamik göstəriciləri stabildir, kompüter müayinəsi olunub, müsbət dinamika qeyd olunur”.

Qeyd edək ki, bir neçə gün öncə M.Süleymanlının beyninə qan sızması nəticəsində vəziyyəti ağırlaşıb. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xatırladaq ki, nasir, dramaturq və ssenarist olan M.Süleymаnlı 1943-cü il mаrt аyının 18-də anadan olub.

O, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. M.Süleymanlı 2003-cü ildə Əməkdаr incəsənət хаdimi, 2006-cı ildə Аzərbаycаnın Xаlq yаzıçısı adına layiq görülüb. 2023-cü ildə isə “Şərəf” ordeni ilə təltif edilib.

Sadiq Cavadov