Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə saat 16:25-də mühafizəçi tərəfindən keçirilən baxış zamanı 33-36 həftəlik döl aşkar edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib. Hadisəyə müvafiq hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.

***

19:07

Martın 27-də Sumqayıt Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 33-36 həftəlik dölün aşkar edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.