“Paşa-K” dərman firmasına gömrük qaydalarını pozduğu üçün cərimə yazılıb.

İqtisadiyyat.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi firma barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və iş hakim Vüsal Qurbanovun icraatına verilib.

Firmanın barəsində protokol tərtib olunan maddədə deyilir ki, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, “Paşa-K” firması 1996-cı ildə təsis edilib. Firma 20 ildir ki, əczaçılıq mallarının topdan və pərakəndə satışı ilə məşğuldur.