Azərbaycanın Xalq artisti, görkəmli balerina və xoreoqraf Rəfiqə Axundova İkinci Fəxri xiyabanda dəfn olunub.

İqtisadiyyat.az xəbər verir ki, mərhum sənətçi ilə əvvəlcə Təzə Pir Məscidində vida mərasimi keçirilib.

Mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri, mərhumun ailəsi, yaxınları və sənət dostları iştirak edib.

Vida mərasiminin ardınca cənazə İkinci Fəxri xiyabana aparılaraq torpağa tapşırılıb.

Qeyd edək ki, Xalq artisti Rəfiqə Axundova uzun sürən xəstəlikdən sonra bu gecə 93 yaşında vəfat edib.

***

10:29

Azərbaycanın Xalq artisti, görkəmli balerina və xoreoqraf Rəfiqə Axundova bu gün İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Bu barədə İqtisadiyyat.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Onunla vida mərasimi saat 12:00-da Təzə Pir məscidində olacaq. Dəfn isə saat 14:00-a nəzərdə tutulub.

***

10:00

Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova vəfat edib.

Bu barədə İqtisadiyyat.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.