“PAŞA Sığorta” ASC namizədləri “Layihələrin idarə olunması üzrə mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:
• Şirkətin layihə portfelinin idarəolunması və biznes strategiyasına uyğunluğunun təmin olunmasında dəstək göstərmək;

• Layihələrin idarəolunması istiqamətində metodologiyanın biznes ehtiyaclarına və layihələrin xüsusiyyətlərinə əsasən təkmilləşdirilməsi prosesində dəstək göstərmək;
• Layihələrin idarəolunması istiqamətində metodologiyaya uyğun olaraq layihələrin aparılmasında və sənədləşdirilməsində Layihə Menecerlərinə dəstək olmaq;
• Rəhbər Komitənin təşkil olunması;
• Tamamlanmış layihələrin effektivliyinin ölçülməsi məqsədi ilə təyin olunmuş Əsas Fəaliyyət Göstəricilərinə əsasən qiymətləndirmənin keçirilməsi;
• Layihə komandasının təyin olunmuş Əsas Fəaliyyət Göstəricilərinə əsasən qiymətləndirmənin keçirilməsi;
• Layihələrin İdarəolunması üzrə biliklərin artırılması məqsədi ilə müvafiq təlim, iclas və seminarların keçirilməsi;
• Layihə portfeli üzrə aylıq hesabatların hazırlanması;
• Layihə sənədlərinin arxivləşdirilməsini təmin etmək;
• Şirkət daxilində layihələr barədə məlumatlılığın artırılması məqsədi ilə kommunikasiyanın gücləndirilməsində dəstək olmaq;
• Layihələrin idarəolunması istiqamətinin yetkinlik səviyyəsinin yüksəldilməsi məqsədi ilə boşluqların müəyyən edilməsi, tədbirlər planın hazırlanması və icrası.

Bilik və bacarıqlar:

• Ali texniki, maliyyə, iqdisadiyyat və yaxud layihələrin idarəolunması üzrə təhsil;
• Layihələrin idarəolunması istiqamətində ən azı 1 il iş təcrübəsi;
• Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyətqurma və yazı bacarığı, işgüzar rus dili biliyinin olması arzu olunandır;
• Biznes analitik istiqamətində təcrübəsi olan əməkdaşlara üstünlük verirlir;
• Peşəkar təqdimat bacarıqları;
• Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
• Dürüst, geribildildirimə açıq və komandada işləmək bacarığı
• Layihələrin İdarəolunması istiqaməti üzrə (PMP, Prince2) sertifikasiyanın olması arzu olunandır.

Son müraciət tarixi: 15 sentyabr, 2020.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.