İqtisadiyyat.az-ın məlumatına görə,orta əməkhaqqının hesablanama qaydası fərqli ola bilər.Bu barədə açılama verən iqtisadçı-eksperty Rauf Qarayev bildirib ki, Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əməkhaqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 25 avqust 1999-cu il 137№-li qərarı ilə burada Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı nəzərdə tutulub (http://www.e-qanun.az/framework/3947)  Bura həm də əmsallaşdırma aiddir. Əmək Məcəlləsinin 140 maddəsində "Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi" qaydası göstərilib. Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir.

İkinci hal: Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə 15 iyul 2000-ci il № 126  orta əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı göstərilib (http://www.e-qanun.az/framework/726). Əmək Məcəlləsinin  177 maddəsinə Orta əməkhaqqı və onun hesablanması qaydası qeyd edilib. Əmək məzuniyyəti dövrü üçün verilən əməkhaqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.