OPEC+ may ayında gözlənildiyi kimi gündəlik neft hasilatını 432 min barel artırmağa razılaşıb.
OPEC+ ölkələri bu gün keçirilən iclasda hasilatın mərhələli artımını davam etdirmək qərarına gəliblər.

Məlumata görə, virtual olaraq keçirilən görüşdə OPEC üzvləri gözləntilərə uyğun olaraq may ayında neft hasilatını gündəlik 432 min barrelə çatdırmaq barədə razılığa gəliblər.

Qərardan sonra Brent markalı neftin bir barelinin qiyməti 5,6 faiz azalaraq 107,05 dollara satılıb.OPEK-in iclası cəmi 13 dəqiqə çəkib.

ABŞ-dakı Co Bayden administrasiyası Rusiyanın Ukraynaya hücumundan sonra neftin sürətlə artması səbəbindən strateji ehtiyatlarından daha çox neft satmağı düşünür.

Qeyd edək ki, OPEC+ ölkələrinin növbəti toplantısı mayın 5-də keçiriləcək.