“Xarici dildə təhsil almaq istəyənlər üçün Azərbaycan dili imtahanının məzmun və istifadə olunan sualların səslənmə forması bu dəfə keçiriləcək qəbul imtahanlarında tətbiq olunacaq”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O xatırladıb ki, pandemiya səbəbindən əvvəlki illərdə səsləndirmə məsələsi təxirə salınmışdı.

M.Abbaszadə əlavə edib ki, III qrupda olan dəyişiklik səbəbindən yəqin ki, coğrafiya fənni üzrə imtahan ayrı olacaq : "Gələn keçiriləcək qəbul imtahanlarında Azərbaycan dili üzrə dinləmələr də olacaq".