Bakı Dövlət Universitetində (BDU) yeni təmir işlərinə başlanılır.

İqtisadiyyat.az xəbər verir ki, təmir işləri əsas Tədris binasında həyata keçiriləcək.

Qeyd edilir ki, bəzi otaqların əsaslı təmiri işlərinə zərurət yaranıb.

Buna görə universitet hazırda təmir işlərini həyata keçirəcək şirkət axtarır.

Qeyd olunan təmir işlərinə 647.365,57 manat sərf olunacağı ehtimal edilir.

Qeyd edək ki, BDU-da mütəmadi olaraq təmir işləri aparılır.