Bakı Dövlət Universiteti (BDU) ilə ailə təhsil müəssisəsinin binasında havalandırma sistemlərini düzəldən "Yusi Ko" şirkəti arasında qalmaqal yaranıb.

İqtisadiyyat.az xəbər verir ki, şirkət aralarında yaranan narazılıqlara görə universitetə qarşı məhkəmədə iddia qaldırıb.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə (podrat müqaviləsi üzrə mübahisələr) bağlıdır.

İddia Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, “Yusi Ko” MMC 2005-ci ildə fəaliyyətə başlayıb. Şirkət tikinti sektoru üçün isitmə və havalandırma sistemlərinin satışı və hazırlanması ilə məşğuldur.