Elm və Təhsil Nazirliyi 1,8 milyon manatlıq yeni dərsliklərin hazırlanmasını sifariş edib.

İqtisadiyyat.az xəbər verir ki, sifarişi "Şərq-Qərb" nəşriyyatı həyata keçirəcək.

Belə ki, nəşriyyat yeni dərslik və metodik vəsaitləri hazırlaması üçün nazirliklə müqavilə bağlayıb.

Müqavilənin dəyəri 1.877.000 manatdır.

Bundan əlavə, nəşriyyat "Şərq-Qərb" şirkətində hazırlanmış dərslik və metodik vəsaitləri təkrar nəşr üçün təkmilləşdirəcək. Nazirlik bunun müqabilində isə şirkətə 119.500 manat ödəniş edəcək.