Ağdaş Dövlət Humanitar Kollecinin yeni rəhbəri müəyyənləşib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə təhsil müəssisəsinin direktoru vəzifəsinin icrası Pərvanə Süleymanovaya tapşırılıb.

O, kollecin Qeydiyyat, qiymətləndirmə və monitorinq şöbəsinin müdiridir. 

Qeyd edək ki, martın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Ağdaş Dövlət Humanitar Kollecində monitorinq keçirib. Monitorinq zamanı aşkarlanmış nöqsanlar nəticəsində kollecin direktoru Namiq Mehdiyevlə bağlanmış əmək müqaviləsinə aprelin 1-də xitam verilib.