Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

İmtahan iştirakçıları arasında 300 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentlərdən biri də Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Biləsuvar rayonu Xırmandalı kənd 1 saylı tam orta məktəbin şagirdi Hacılı Lamiyyə Firdovsi qızıdır.

İqtisadiyyat.az-ın məlumatına görə, L.Hacılı 3-cü ixtisas qrupuna hazırlaşır.

O, 9-cu sinifdə buraxılış imtahanında Biləsuvar rayonu üzrə ən yüksək nəticə - 297 bal göstərib. Həmçinin bu il keçirilən fənn olimpiadasında tarix üzrə rayon turunun qalibi olub. 

Lamiyənin atası tarix, anası isə Azərbaycan dili və ədəbiyyatı müəllimidir.

Qeyd ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilmiş buraxılış imtahanında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.