Azərbaycan Texniki Universitetinin (AzTU) professoru, texnika elmləri doktoru Namiq Abdullayev vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, o, 77 yaşında dünyasını dəyişib.

Namiq Abdullayev 2013-cü  ildən AzTU-da müxtəlif vəzifələrdə çalışıb. "Radiotexnika və Rabitə" fakültəsinin nəzdində olan "Biotibbi Texnika" kafedrasının müdiri olub.O, AzTU-nun Mühəndis fizikası və elektronika kafedrasının dosenti idi.

O, 40-dan çox dərslik və metodiki vəsaitin, 12 monoqrafiyanın, 200-dən çox elmi və elmi-pedaqoji əsərin müəllifi idi.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Namiq Abdullayev 2010-cu ildə “Tərəqqi” medalı  ilə təltif olunub.