İqtisadiyyat.az xəbər verir ki, avtomobilin üzərinə yalnız qanunla nəzərdə tutulmuş dövlət nömrə nişanı vurula bilər. Təssüflər olsun ki, bəzən sürücülər bu qaydaları pozaraq gecə saatlarında və toy mərasimlərində bu cür saxta nömrələrdən istifadə etməklə pozurlar.

Görüntülərdən də aydındır ki, bu saxta nömrələr heç bir standarta uyğun deyil. Üzərində nə "AZ" nişanı var, nə də digər simvollar düzgün qaydada çap edilməyib. DYP bu cür saxta nömrə hazırlayan şəxslərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində iş aparmalıdır. Çünki sürücülərin belə hallardan sui- stifadə etməsinin qarşısını almaq lazımdır. Belə ki, bu cür nömrələrdən istifadə edən və qayda pozan sürücülər aşkarlana bilmir. Eyni zamanda saxta nömrə ilə piyada vurub qaçan, yaxud cinayət törədənlər ola bilər.