"Bu il ərzində 9 şirkət etibarsız təchizatçı reyestrinə düşüb".

İqtisadiyyat.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Təchizat Zənciri Liderləri Zirvəsində deyib.

"Bu isə o deməkdir ki, onların portalda iştirakı bloklanacaq və onlar dövlət satınalmalarında iştirak edə bilməyəcəklər. Şirkət etibarsız təchizatçı reyestrinə düşdüsə, bu şirkətin faktiki olaraq həyatı dayanır və praktiki olaraq dövlət satınalmalarında iştirak edə bilməyəcək. Ona görə də şirkətlər etibarsız təchizatçı reyestrinə düşməmələri üçün əllərindən gələni etməlidirlər. Etibarsız təchizatçı reyestrinə düşmək üçün müəyyən meyarlar var. Sövdələşmə, saxtakarlıq və s. Bununla bağlı Nazirlər Kabinetinin qaydaları ilə tanış ola bilərsiniz", - o əlavə edib.

Sadiq Cavadov