Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 2024-cü il Məzun Günü tədbiri keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, universitet tədbirin təşkili və keçirilməsilə bağlı hazırlıq işlərinə başlayıb.

ADNSU “Məzun Günü” üçün iş və xidmətlərin satın alınması ilə bağlı tender elan edib. Tenderə əsasən, universitet hazırda tədbirin keçirilməsi üçün təşkilatçı axtarır.

Məzun Günü tədbirinin iyunun 5-də keçirilməsi nəzərdə tutulub. Tədbirə yerli və xarici müğənninin dəvət edilib-edilməməsi barədə məlumat açıqlanmayıb.

ADNSU tədbirin təşkilinin 256 500 manata gələcəyini ehtimal edir.

Qeyd edək ki, Bakı Dövlət Universiteti (BDU) də “Məzun Günü” tədbiri keçirəcək. BDU-nun “Məzun Günü” tədbirinə yerli müğənnilərlə yanaşı ən azı 1 nəfər xarici mügənni də dəvət olunacaq. Universitet “Məzun Günü” tədbirinin 210 min manata başa gələcəyini ehtimal edir.