İranın xilasedici qrupları prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların hamısının cəsədlərini çıxara biliblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd bildirib.

“Həlak olanların bütün cəsədləri təbii fəlakət yerindən Təbriz şəhərinə göndərilib. Cəsədlərin axtarışı başa çatıb", - Kolivənd əlavə edib.