İran hökuməti prezident İbrahim Rəisinin vəfatı ilə bağlı fövqəladə iclas keçirəcək.

İqtisadiyyat.az xəbər verir ki, İranın "Mehr" Agentliyi iclasdan Rəisinin boş masasını və fotosunu yayımlayıb.

İclasın başlama tarixi açıqlanmayıb.

***

09.25

İran hökuməti İslam Respublikasının prezidenti İbrahim Rəisinin vəfatı xəbərindən sonra fövqəladə iclas keçirəcək.

Bu barədə İqtisadiyyat.az "İRNA" agentliyinə istinadən xəbər verir.

Görüşün dəqiq vaxtı ilə bağlı məlumat verilmir.

 

Gözəl Həşimova