Volodimir Zelenskinin Ukrayna prezidenti kimi səlahiyyət müddəti bitir.

İqtisadiyyat.az "Lenta.ru"ya istinadən xəbər verir ki, onun səlahiyyət müddəti bu gün başa çatır.

Məlumata görə, Zelenski 2019-cu ilin mayın 20-də vəzifəsinin icrasına başlayıb. Bu gün Ukraynada yeni prezidentin andiçmə mərasimi keçirilməli idi, lakin ölkədə prezident seçkiləri elan edilməyib.

Hakimiyyət bu qərarı hərbi vəziyyətin davam etməsi ilə izah edib.

 

Gözəl Həşimova