“Əvvəllər tələbələrin köçürülməsində çox sayda neqativ hallar olurdu. Biz də bunun acısını xeyli yaşadıq. “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində növbəti mərhələdə köçürülmə ilə bağlı məsələdəki şəffaflıq necə təmin ediləcək?”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, köçürmə əvvəl kütləvi hal alsa da, son zamanlar bu məsələ xeyli tənzimlənib: “Hesab edirəm ki, bu sahədə vahid qanunun olması və prosesin tənzimlənməsi önəmlidir. Yaxud da idarəçiliyin tam mərkəzləşdirilməsi prosesi gedir. Bəzən regiondakı universitetlərdə köçürmə ilə bağlı məsələ gündəmə gəlir, amma həlli üçün nə qədər vaxt lazım olur. Bu kimi problemlərin vaxtında aradan qaldırılması üçün çıxış yolları tapılmalıdır”