Azərbaycanın paytaxtı Bakıda noyabrın 10-11-də Rusiya universitetlərinin sərgisi keçiriləcək.

Bakıdakı “Rus Evi”ndən İqtisadiyyat.az-a verilən məlumata görə, sərgidə Rusiyanın 9 şəhərindən 16 universitet təmsil olunacaq.

Sərginin qonaqları Rusiya Xalqlar Dostluğu Universiteti, “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti, Rusiya Dövlət Humanitar Elmlər Universiteti, Kazan Federal Universiteti, Həştərxan Dövlət Universiteti və sair ali təhsil müəssisələri barədə məlumat əldə edəcəklər.