Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində olan “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC qəzalı vəziyyətdə olan binaların söküntüsü işlərinin satın alınması məqsədilə tender elan edib.

İqtisadiyyat.Az xəbər verir ki, elana əsasən, Bakı şəhəri, Saraykin küçəsi 57 nömrəli ünvanda 16 mənzilli və 10-cu park döngəsi, 6 nömrəli ünvandakı 9 mənzilli binalar söküləcək.

Tenderdə iştirak haqqı 100 (yüz ) manatdır.

Əlaqələndirici şəxs - Əhməd Məmmədov, 496-52-05