Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AzInTelecom” MMC açıq tender elan edir.
"Finans.az" xəbər verir ki, tender 1 lot üzrə “Data Mərkəzi üçün ekspert xidmətlərinin” satın alınması məqsədilə keçirilir.
İddiaçılar tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 12 iyul 2019-cu il saat 17.00-a kimi, Bakı şəhəri, Əlibəy Hüseynzadə küçəsi 74 nömrəli ünvana təqdim etməlidirlər. İddiaçıların təklifləri 15 iyul 2019-cu il saat 15.00-da eyni ünvanda - “AzIntelecom” MMC-nin inzibati binasında açılacaq.
Tenderdə iştirak haqqı 2000 manatdır.