Koreya Respublikasının “Hyundai Engineering Co., Ltd” şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.

Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini 1065 Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 40 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Hyundai Engineering Co., Ltd” şirkətinin Azərbaycan Respublikasındakı filialı 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi Jong Ho Yoondur. Filial SOCAR-la əməkdaşlıq edib.