Bakı metrosunun bəzi vaqonları rənglənəcək.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı metropolitenin elan etdiyi tender başa çatıb.

Belə ki, istismarda olan metro vaqonlarının qumla təmizlənməsi, antipas boya ilə və iki qat akril boya ilə rənglənməsi, elcədə də tam yığılması işləri aparılacaq.

"Bakı Metropoliteni" sözügedən işlərin həyata keçirilməsini "YURD.MR" şirkətinə həvalə edib.

Qeyd olunan işlərin reallaşdırılması ilə əlaqədar olaraq, metro ilə şirkət arasında 2 112 500,12 manat dəyərində müqavilə bağlanıb.