Dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan Amerikanın "Coca-Cola" şirkətinin xalis mənfəətində bu ilin ikinci rübündə 5% azalma qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Hesabat dövründə şirkətin mənfəəti 2,41 milyard dollar və ya hər səhmə görə 0,56 dollar təşkil edib. Halbuki, bu göstərici keçən ilin eyni dövründə 2,55 milyard dollar və ya hər səhm üçün 0,59 dollar olub.

Bundan əlavə, ikinci rübdə "Coca-Cola"nın gəliri 3% artıb. Şirkətin rüblük gəliri 11,97 milyard dollardan 12,36 milyard dollara yüksəlib.

 

Gözəl Həşimova