İranda hüquq-mühafizə orqanları partlayıcı maddələr daşıyan 4 terrorçunu saxlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İRİB telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində yerləşən Qəderabad kəndində baş verib. Qeyd olunub ki, saxlanılanlar İranın cənub-şərqində Əfqanıstan və Pakistanla sərhəddə fəaliyyət göstərən “Ceyş əl-Zolm” terror qruplaşmasının üzvləridir.