Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları start götürüb

İqtisadiyyat.az xəbər verir ki, son Azərbaycan çempionu "Qarabağ" səfərdə Cəbəllütariq təmsilçisi olan "Linkoln"lə qarşılaşıb. Matç Azərbaycan təmsilçisinin 0-2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, cavab qarşılaşması iyulun 30-u Bakıda baş tutacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

23 iyul

20:00 Linkoln (Cəbəllütariq) – Qarabağ 0-2

Qollar: 45, Juninyo. 74, Toral Bayramov.

Baş hakim: İştvan Vad (Macarıstan)