Fövqəladə Hallar Nazirliyi (FHN) balansında olan avtomobillərin təmiri xidmətini nöqsanlar aşkarladığı şirkətə həvalə edib.

İqtisadiyyat.az xəbər verir ki, nazirlik avtomobillərə təmir xidmətinin satın alınması ilə bağlı elan etdiyi tenderi yekunlaşdırıb.

Tenderin qalibi "Diamond Motors" şirkəti olub. Şirkət FHN-nin 4 ədəd “Mitsubishi L200" avtomobilini təmir edəcək.

Qeyd edək ki, "Diamond Motors" MMC 2006-cı ildən Azərbaycanda "Mitsubishi Motors" şirkətinin rəsmi dileridir. Bir neçə gün əvvəl FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti MMC-də monitorinq aparıb. Monitorinq zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulduğu və ya yerinə yetirilmədiyi məlum olub. Buna görə də MMC-yə qarşı İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib. Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.