“Bir neçə gün ərzində limitlərin sıfırlanması prosesini həyata keçirməyi düşünürük”.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev məlumat verib.

O bildirib ki, hazırda hər kəsi maraqlandıran əsas məsələ limitlərin sıfırlanması prosesinin həyata keçirilməsi ilə bağlıdır:

“Buna görə biz müvafiq prosesin mümkün qədər qısa zamanda həyata keçirilməsinə çalışırıq ki, abonentlərimiz də rahat olsun”.