“AzerGold” Qapalı Səhmdar Cəmiyyətininin strukturunda 11 şöbəsindən biri olan Hüquq şöbəsinin yeni müdri təyin olunub.

İqtisadiyyat.Az Banker.az-a istinadən xəbər verir ki, bu, həmin şöbənin müdir müavini olan Ayşəm Qələmiyevadır. Qələmiyeva vəzifəsinin icrasına bu aydan başlayıb.

Xatırladaq ki, Zakir İbrahimov 2016-ci ildə “Təmiz Şəhər” ASC-nin İdarə Heyətindən “AzerGold”un İdarə Heyətinin sədri vəzifəsinə gətirlib. O “AzerGold”a gəldikdən sonra bir çox kadrları, eləcə də Ayşəm Qələmiyeva bu quruma təqribən eyni zamanda transfer olmuşdu.