Pirallahı Sənaye Parkının rezidenti ləğv olunur.

İqtisadiyyat.az Banker.az-a istinadən xəbər verir ki, “Caspian Pharmed” qapalı səhmdar cəmiyyəti ləğv olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini Az1029 Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 2023-cü məhəllə, ev 92 “A” ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Caspian Pharmed” 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Bu QSC-nin nizamnamə kapitalı 668 000 manatdır və qanuni təmsilçisi Cahangir Eynullayevdir.

Azərbaycan-İran birgə müəssisəsi olan “Caspian Pharmed” Qapalı Səhmdar Cəmiyyətinin dərman istehsalı zavodlarında əsasən ağrıkəsicilər, iltihab əleyhinə, antibiotik, antihistamin, kardioloji, antidepresant, antiepileptik dərmanlar istehsal edilirdi.