“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azəralüminium” MMC işçilərinin 2 il ərzində gündəlik yeməklə təmin edilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

İqtisadiyyat.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Sağlam Catering" MMC-dir.

Qalib şirkətə 1,776 mlyon manat ödəniləcək. Başqa sözlə, Dövlət şirkəti işçilərinin gündəlik yeməyinə ayda 74 min manat xərcləyəcək.

Xatırladaq ki, “Azəralüminium” 2018-ci ildə yaradılıb, ölkədə əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium – oksid, ilkin alüminium və yarımfabrikat məhsullarının istehsalı üzrə aparıcı şirkətdir. Onun istehsal sahəsi Gəncə Alüminium Kompleksidir.