Avropa bazarında qazın qiyməti min kubmetr üçün 1600 ABŞ dollarına yaxınlaşıb.

Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın fyuçerslərinin qiyməti günə 1 570 dollarla başlasa da, sonradan artaraq 1 582,4 dollara çatıb. Hazırda qiymət 1 550 dollar ətrafında dəyişir.