Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edən “Zirə” tarix yazıb.

İqtisadiyyat.az xəbər verir ki, komanda EMF Çempionlar Liqasının 3-cü yer uğrunda görüşündə ötən ilin çempionu olan Rumınya AEK-i ilə qarşılaşıb. 5:1 hesabı ilə qalib gələn “Zirə” bürünc medal qazanıb.

"Zirə" - AEK - 5:1

Qollar: Mirkamil Əliyev, 7, Bəxtiyar Sultanov, 9, Rəvan Kərimov, 30, Seymur Məmmədov, 40,41 - Kristian Vasile, 20

"Zirə" bu turnirdə medal qazanan ilk Azərbaycan klubu olub.

Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi “Birbaşa Bakı” 1/4 finalda məhz AEK-ə məğlub olaraq mübarizəni dayandırıb.