“Volodimir Zelenskinin ailəsinə məxsus Livadiyanın Yalta kəndindəki “İmperator” elit yaşayış kompleksindəki mənzili hərraca çıxarılacaq”.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bu barədə Krım Dövlət Şurasının sədri Vladimir Konstantinov danışıb.

Onun sözlərinə görə, Krım parlamentinin deputatları Yelena Zelenskayanın hazırkı bazar dəyəri 23,9 milyon rubl olan mənzillə bağlı razılığa gəliblər.

O, həmçinin bildirib ki, bu mənzillə yanaşı sanatoriya-kurort sənayesi obyektləri, pərakəndə və ticarət obyektləri, o cümlədən əvvəllər Ali Radanın deputatı Aleksandr Gereqaya məxsus olan “Novacenter” şirkətinin daşınmaz əmlakı da özəlləşdiriləcək. Ekspertlər əmlakları təxminən 350,6 milyon rubl dəyərində qiymətləndirir.