Tayvanda "Qaemi" qasırğasının bölgəni vurması nəticəsində 2 nəfər ölüb, 201 nəfər yaralanıb.

İqtisadiyyat.az bu barədə "China News"a istinadən xəbər verir.

Məlumata görə, qasırğa Tayvanda 345 min 457 evdə elektrik enerjisinin kəsilməsinə səbəb olub. Çinin cənub-şərqində 156,8 ​​min insan təxliyə edilib. Bir neçə əyalət fövqəladə tədbirlər tətbiq edib.

Fəlakət nəticəsində 2 minə yaxın ağac aşıb, avtomobillərə və yollara ziyan dəyib.

 

Gözəl Həşimova