Yaponiyanın ümumi əhalisi keçən il yarım milyondan çox azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yaponiya Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Bununla da ölkə əhalisi 15 ildir ki azalmaqda davam edir.

Məlumata görə, ötən il Yaponiyada 730 min uşaq doğulub ki, bu da indiyə qədərki ən aşağı səviyyədir. Bu dövrdə ölkədə 1,58 milyon insan isə həyatını itirib.

2024-cü il yanvarın 1-nə ölkə əhalisinin sayı 124,9 milyon nəfər olub. Yaponiyada yaşayan əcnəbilərin sayı 11 faiz artaraq ilk dəfə 3 milyonu keçib.

 

Gözəl Həşimova