Ukrayna prezidenti Volodimir Zelenski Rusiya nefti üçün yüksək qiymət tətbiqini tənqid edib. Rusiya neftinin bir barelinin qiymətinin 30 dollara endirilməli olduğunu deyən Zelenski verilən qərarı doğru qəbul etməyib.
Avropa İttifaqı ölkələrinin dekabrın 2-də Rusiyadan dəniz yolu ilə daşınan neftin tavan qiymətinin 60 dollar olması barədə razılığa gəldiyini xatırladan Zelenski qiymətin yarıya endirilməli olduğunu deyib.