"Genişmiqyaslı işğal zamanı mənə qarşı ən azı 10 sui-qəsd cəhdi olub". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski İtaliyanın "Rai" telekanalının "Cinque minuti" proqramına müsahibəsində jurnalistin "Putin onu neçə dəfə öldürməyə cəhd edib" sualına cavab verərkən deyib.

"10 dəfə deyirlər. Bu, kəşfiyyat və xüsusi xidmət orqanlarının məlumatlarıdır. Ukraynada bütün insanlar cəbhədə hər gün həyatlarını riskə atan əsgərlərdir. Ukrayna əsgərləri hər gün həyatlarını riskə atırlar, Odessada dinc sakinlər də hər gün riskə gedirlər", - Volodimir Zelenski qeyd edib.

Ukrayna prezidentinin sözlərinə görə, o, hər bir ukraynalı ilə eyni şəraitdə yaşayır.