Dörd ukraynalı dənizçi Yəməndə husi üsyançıları tərəfindən əsir saxlanılır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

"Dörd dənizçimiz Husilər tərəfindən əsir götürülüb", - prezident deyib.

Zelenski qeyd edib ki, Kiyev onların qayıtması üzərində işləyir.

Yanvarın 12-nə keçən gecə ABŞ və Britaniya silahlı qüvvələri təyyarə, gəmi və sualtı qayıqlardan istifadə edərək Yəmənin bir sıra şəhərlərində, o cümlədən Səna və Hudeydada "Ənsar Allah" (Husilərin digər adı - red.) hədəflərinə zərbələr endirib. ABŞ prezidenti Co Bayden bildirib ki, zərbə Qırmızı dənizdə Husilərin görünməmiş hücumlarına cavabdır və müdafiə xarakteri daşıyır.