Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra ölkələrlə viza rejimini ləğv etmək niyyətindədir.Fins.az xəbər verir ki, prezident bu barədə Ukraynada səhiyyə turizminin inkişafı ilə bağlı keçirilən müşavirədə deyib. “Biz vətəndaşları müalicə almaq üçün tez-tez Ukraynaya gələn ölkələrin siyahısını hazırlamalı və onu Xarici İşlər Nazirliyinə təqdim etməliyik. Xüsusilə bunu sərhədi keçərkən maneələrlə üzləşən xarici ölkə vətəndaşları üçün etməliyik”, - Zelenski deyib. Prezident söhbətin hansı ölkələrdən getdiyi haqda məlumat verməyib.